ABŞ qoşunları Rusiya sərhədində…

ABŞ Sankt-Peterburq şəhərindən 300 kilometr məsafədə yerləşən Finlandiya ərazisinə çox sayda zirehli texnika və hərbi vasitələr cəmləşdirməkdədir.

ABŞ bayraqlarının dalğalandığı zirehli texnikaların Finlandiyanın Rusiya sərhədinə doğru irəlilədiyinə dair video sosial mediada yayınlanıb.

İddialara görə, bölgədə gərginliyin artacağını proqnozlaşdıran ABŞ, hadisələri önləmək məqsədiylə bölgəyə hərbi qüvvə cəlb edib.

Kremldən verilən açıqlamada bu məsələdən xəbərdar olduqları bildirilib.

Qeyd edək ki, Sankt-Peterburq Moskvadan sonra Rusiyanın ən önəmli şəhəri hesab edilir.

Bu xəbəri paylaşın: