Sabunçu rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının evini sökdürdü

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlının Sabunçu rayonunda tikdirdiyi evi sökdürüb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Şəhid anası bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub:

“Məndən 3 min manat pul istədilər, vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər».

Ətraflı videoda:

Mənbə: Axar.az

P.S. Bu adamın cəzasını Ali Baş Komandan verməlidir. Ən ağır şəkildə. Bu makler-başçının əməllərinə göz yummaq hakimiyyətə başucalığı gətirmir. Bu ən böyük bir ayıbdı. Sabunçu rayonunun icra başçısı Adil Vəliyev bu işlə bağlı hesab verəcəkmi, yoxsa yenə də sehirli əl bu adamı qoruyacaq?

Bu xəbəri paylaşın: