Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olmasını istəmir

“İsveç və Finlandiya ilə bağlı prosesləri təqib edirik, amma bu barədə düşüncəmiz müsbət deyil”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı qərarına belə münasibət bildirib. Onun sözlərinə görə, Skandinaviya ölkələri terror təşkilatına qucaq açır. Ərdoğan deyib:

“Bizdən əvvəlki rəhbərlik Yunanıstanla bağlı NATO məsələsində səhv qərar verdi. Yunanıstanın NATO-ya güvənərək Türkiyəyə qarşı davranışlarını bilirsiniz. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik”.

Bu xəbəri paylaşın: