Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur.
TASS-ın verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan «Əl-Cəzirə» televiziya kanalına müsahibəsində bu sözləri deyib.
Onun sözlərinə görə, rəsmi Bakı və İrəvan arasında fərqli danışıqlar formatı var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir: «Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var».
Jurnalistin «Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir» sualına Paşinyan «Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var», — deyə cavab verib.
Paşinyan bildirib ki, bu halda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolu görünür.