Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, sadəliyi və səmimiyyəti, vətənpərvərliyi və idarəclik qabiliyyəti ilə secilən Müharibə Veteranı istefada olan polkovnik-leytenant İsayev Mirzazaman Cabir oğlunun 64 yaşının tamamolması münasibətilə «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insanın ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən naliyyətlər arzulayır.
Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşdursun.
Polkovnik-leytenant İsayev Mirzazaman Cabir oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Lerik rayonun Monidigah kəndində anadan olub.
1975-ci ildə Lerik rayonun Monidigah kənd orta məktəbi, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən xüsusi milis məktəbini, 1991-ci ildə isə Barnaul Dövlət Universitetini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-təlim toplanışlarında, xüsusi taktiki təlimlərdə, komanda-qərargah məşğələlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1976-1978-ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların KazaxstanRespublikasında yerləşən Diviziyanın hərbi hissələrində müdəddətli həqqi hərbi xidmətdə olub. 1993-2003-cü illərdə Daxili Qoşunların Baş İdarəsinin Ağdam, Zaqatala, Nərmanov və Xəzər rayolarında yerləşən hərbi hissələrdə təhqiqatçı, hərbi hissə komandirininhüquqişlər üzrə köməkçisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
1983-1992-ci illərdə Daxili İşlər Nazirliyinin Barnaul şəhərində yerləşən Daxili İşlərorqanlarında Sahə rəisi, islah-əmək (cəzaçəkmə) müəssisələrində isə Əməliyyat müvəkkili vəzifələrində çalışıb. Mirzazaman Cabir oğlu İsayev hal-hazırda Milli Avasiya Akademiyasında baş müəllim vəzifəsində çalışır. Hərbi yoldaşları onu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost-tanış, qohum-əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrinyerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədəhallarzamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrininaradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinədüşənvəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. O,bDaxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi vəDaxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarındəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Polkovnik-leytenant Mirzəzaman İsayev Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında, Daxili işlər Orqanlarında, İslah- Əmək Müəssisələrində, xidmət etdiyi, Milli AvasiyaAkademiyasında isə baş müəllim vəzifəsində işləyən illər ərzində Vəzifə borclarınınyerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə, Daxili İşlər Nazirinin, Milli Avasiya Akademiyasının rektorunun, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Polis şöbəsinin rəsinin, hərbi hissə komandirinin, və islah-əmək(cəzaçəkmə)müəssisə rəisinin,Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon idarə rəisinin müvafiq əmrləri ilə «Əla xidmətlərə görə» döş və yubiley nişanları ilə təltif olunub, fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda (Ağdam Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Mirzəzaman İsayev 44 günlük VətənMüharibəsində hərbi qulluqçulara dəstək olmaq üçün onların yanında olmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin-amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
«Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi (1991-2001) yubiley medalı ilə;
«Qüsursuz Xidmətə Görə «2 dərəcəli medal ilə, Silahlı Qüvvələrdə 15 təqvimili xidmətə görə,
«Qüsursuz Xidmətə Görə 1-ci dərəcəli medalı ilə, Silahlı Qüvvələrdə 20 təqvimil xidmətə görə;
«Qüsursuz Xidmətə Görə «3 dərəcəli medal ilə, Silahlı Qüvvələrdə 10 təqvimili xidmətə görə
MİRZAZAMAN BƏY, 64 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrininmüavini polkovnik Salman Musayev