Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Bakıdakı səfirliyi 15 iyun — Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə səfirliyin Tvitter səhifəsində paylaşım edilib.

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun — Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, — təbrikdə deyilir.

Bu xəbəri paylaşın: