İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Yevlax rayonu Salamabad kənd tam orta məktəbdə keçirilən “Son zəng” müəllim-şagird kollektivi, valideynlərlə yanaşı gənc müharibə veteranları da iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yevlax rayon şöbəsinin Əkşəm kənd (özək 8 kəndi əhatə edir) özək sədri Elvin Abdullazadə məlumat verib.
Yevlax rayon Salamabad kənd orta məktəbin direktoru Yasin Cavadovun təşkilatçılığı ilə keçirilən tədbirdə kəndin qaziləri, xüsusən də 44 günlük Vətən müharibəsinin döyüşçuləri, şəhid ailəsi uzvləri iştirak ediblər.

Tədbir şəhidlərin ruhunu 1 dəqiqəlik sukutla yad etməklə başladı.
Elvin Abdullazadə bildirdi ki, tədbir zamanı çıxış edən məktəb direktoru Yasin Cavadov qazilərimizə xitabən qeyd etdi ki, biz torpaqlarımızı sizlərin canı, şəhidlərin qanı bahasına aldiq. Sizləri yaddan cıxarmaq olmaz. AVMVİB Yevlax rayon şöbəsinin üzvləri bir çox məktəblərdə keçirilən «Son zəng» tədbirlərində iştirak ediblər.
Sonda qazilər adından başda məktəbin direktoru olmaqla, şagird və muəllim heyətinə təşəkkürümüzü bildirdik və məzunlara uğurlar arzuladıq.
Nurlan Məmmədli
