İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov və AVMVİB üzvü, gənc qazi Rafael Qayıbov iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Timuraz Mansurov və Rafael Qaylbov məzunları təbrik edərək onlara ugurlar arzuladılar.
AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən ümdə məsələlərdən olduğunu bildirib. Bu əziz gün münasibətilə bütün məzunları təbrik edib və hər birinin tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltmalarını arzu etdiyini qeyd edib.
Nurlan Məmmədli