Bu il müharibə veteranları müxtəlif şəhər və rayonlarda «Son zəng» tədbirlərində yaxından iştirak ediblər. Ağdaş rayonu Bəkir Nəbiyev adına 3 nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Bedullayev məlumat verib.
AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Bedullayev məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.
Daha sonra məzunlar «Son zəng» günüylə bağlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirmiş və rəqs etmişlər.
Elnur Səlim