Ağstafa rayonunda 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı ilə tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsinin üzvü olan müharibə veteranları da iştirak edib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Ədalət Şükürov məlumat verib.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyulduğunu qeyd etdilər. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etməsi və bu gün də bu prosesin uğurla davam etdirildiyindən danışdılar.
Elnur
