AVMVİB Səbail rayon şöbəsi 15 İyun — Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsində 15 İyun — Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirilib.


Çıxışlar zamanı 1993-cü il iyunun ayının 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğu və dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyi diqqətə çatdırılıb. Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, əsasını qoyduğu dövlət-din münasibətləri, milli — mənəvi və dini dəyərlər sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar haqqında ətraflı məlumat verilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə məlumat verib.

Fəqan Nəsibzadə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 19 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı.


Tədbirdə müharibə veteranları, ictimaiyyət nümayəndələri və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) NTK sədri Niyazi Quliyev iştirak edib.

E. Səlim

Bu xəbəri paylaşın: