AVMVÍB sədrinin ideoloji işlər üzrə müşaviri «Səməd Behrəngi» mükafatına layiq görülüb

Həyatda gördüyünüz hər şey, Qadının əsəridir…  (Mustafa Kemal Atatürk)

Qadın bir nəslin gələcəyə işıq tutan çırağıdır. Qadın yüksələn cəmiyyətin təməl daşıdır.

Qadın — Ən müqəddəs varlıq olan Anadır… Analar həyatda ən idealist və dahiyanə sənətkarlardır.  Uşaq böyütmək kimi böyük bir sənətlə çıxış etsələr də, bunu heç vaxt qürur kimi görmürlər. 

Bizim qəhrəmanımız da, məhz belə Azərbaycan, türk xanımlarının nəcibliyini özündə əks etdirən bir xanımdır…

Bəli söhbət AYB-nin va AJB-nin üzvü, şairə-publisist, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, «Qızıl qələm» media mükafatı laureati, BMT Yanında Ümumdünya Sülh Federasiyasının «Sülh səfiri» mükafatçısı, «Məmmd Araz», «Xan qızı Natəvan'», «Simurq 2021», Dünya Koşulsuz Sevgi Derneği Genel Başkanlğinın təsis etdiyi «Uluslararası barış elçisi» mükafatları laureatı, «Böyük Zəfar», «Milli Ordu — 100», «Böyük Vətən Müharibəsi — 75», «AVMVÍB -25» xatirə medalları ilə təltif olunmuş, Azərbaycan Yazıçılar Birliyinin  «Səməd Behrəngi» Fəxri Fərmanına layiq görülmüş, «El gücü» Beynəlxalq Humanitar Assosiasiyasının Beynəlxalq Əlaqələr șöbəsinin müdiri, AVMVÍB sədrinin ideoloji işlər üzrə müşaviri, 15 kitabın, 50-a yaxın mahnının müəllifi, «Mehriban» xanımlar qrupunun rəhbəri, «Vedibasar» qəzetinin redaktoru, ƏSİLZADƏLƏR MƏCLİSİ»nin üzvü, Azərbaycanın sözlü qızı, dəyərli Ana Nəsibə İsrafilqızından gedir.

Nəsibə xanım istedadlı şairə olmaqla yanaşı ictimai fəaldır. Hər yerdə daim öz vətənini layiqincə təmsil etmişdir.

Bu yaxınlarda İzmirdə işgüzar səfərdə olan Nəsibə İsrafilqızı orda İzmir valisi Selim Yavuz Köşgerin qonağı olmuş və özünün Azərbaycanın 44 günlük zəfər dastanına həsr etdiyi «Qarabağ Nəğmələrim» adlı kitabını Valiyə hədiyyə etmişdir.

Nəsibə xanım həmçinin Azərbaycanın Türkiyədəki konsulu Nərminə xanım Mustafayeva ilə görüşmüş, qalib bir xalqın məğrur xanımları olaraq bu mövzuda söhbət etmişdilər.

Bu günlərdə isə Nəsibə xanım daha bir mükafata layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi «Səməd Behrəngi» mükafatı Nəsibə xanıma  Birliyin sədri Anar müəllim tərəfindən təqdim olundu.

Biz də «Vətənim-Azərbaycandır.az» xəbər informasiya portalının arzularına qoşularaq, 87 minlik veteranlar ordusu adından  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq Nəsibə xanıma bu şərəfli yolda uğurlar diləyirik…

Qələminiz korşalmasın, Azərbaycanımızın fəxri olan Nəsibə xanım…


Çinara Seyran

Bu xəbəri paylaşın: