Rusiyada neftayırma zavodu dronla vuruldu

Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neftayırma zavodunda partlayış baş verib.

Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, partlayış zavoda kamikadze-dronun hücumu nəticəsində baş verib.

“Əldə olunan məlumata görə, zavoda kamikadze-dron tərəfindən zərbə endirilib. Xəsarət alan yoxdur. Hazırda yanğının söndürülməsi işləri aparılır”, — məlumatda qeyd olunub.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: