Xilaskarını həbs etdirən Xomeyni

«Təbriz və Güney Azərbaycan olmasaydı, İran İslam İnqilabı da olmazdı».
Ayətullah Ul Uzma S. K. ŞƏRİƏTMƏDARİ.

▪️1960-cı ilin əvvəllərində İran şahı Məhəmməd Rza Pəhləvi «Ağ inqilab» (yəni, qan tökülməyən inqilab) adını verdiyi islahatlar proqramını həyata keçirməyə başlayır. 1963-cü il yanvarın 26-da keçirilən referendumda seçicilərə 6 maddədən ibarət islahatlar proqramının lehinə və ya əleyhinə səs vermək təklif olunurdu.


1. Torpaq islahatı.
2. Meşələrin və otlaqların milliləşdirilməsi.
3. Dövlət müəssisələrinin özəlləşdirilməsi.
4. İşçilərin müəssisələrin aksiyalarına yiyələnmək hüququ.
5. Qadınlara seçib-seçilmək hüququnun verilməsi.
6. Savadsızlıqla mübarizə üçün «Maarif korpusu»nun yaradılması.


İslahatın 5 və 6 cı məddələrinin nəticəsi olaraq 1989 cu ildə İranda iki xanım nazir olmuşdu.


Şahın bu islahatlarına qarşı çıxan Ruhullah Xomeyni xüsusən torpaq islahatını və qadınlara səs hüququnun verilməsini kəskin tənqid edir. 1963-cü il iyunun 3-də Aşura günü Qum şəhərində etdiyi və şahı Yezidlə müqayisələndirdiyi çıxışına görə həbs edilir. 1965-ci ildə R. Xomeynin edam ediləcəyini öyrənən Müsəlman Xalq Respublikası Partiyasının və İran Azərbaycanlılarının Azərbaycanlı lideri Ayətullah Seyid Kazım Şəriətmədari şahla görüşüb Xomneyinin edamının Türkiyə sürgün ediləməsiylə əvəzlənməsini xahiş edir. Belə də olur. Xomneyi 1965 ci ildə Türkiyə sürgün edilir.


1979 cu ildə Xomeyninin Fransadan İrana qayıtmasında ona şərait yaradan əsas adam da Şəriətmədari olur. Şəriətmədari İranda böyük nüfuza sahib olan üç Ayətullahdan və İran İslam inqilabının iki liderindən biri idi.
Şəriətmədarinin inqilabda olan məqsədləri bunlar idi.


1. Çənubi Azərbaycan əhalisinə öz Ana dillərində danışmaq, təhsil almaq hüququ və muxtariyyət verilsin.
2. İranda yaşayan 700 min sünni Türkmənə öz ana dilində danışmaq və təhsil almaq hüquqi verilsin.
3. İran-İrak sərhəddində yaşayan 2 milyon sünni ərəblərlə bərabər bütün ələvilər və sünnilərin dini toxunulmazlığı olsun.


B
undan başqa da Şəriətmədari SSRİ- nin Əfqanistana müdaxiləsini pisləyirdi.


Xomeyni vəzifəyə gəlmədən öncə Şəriətmədarinin bu təkliflərini qəbul etmişdi. Çünki, çox yaxşı bilirdi ki, Şəriətmədarinin ətrafinda azadlıq üçün birləşmiş zəngin Təbriz tacirləri var. Həmin millətçi tacirlərin maliyyə dəstəyini alan Şəriətmədari Xomneyi üçün böyük dəstək idi. Amma İran İslam inqilabının şaha gəlib gəlməsindən sonra vəzifəyə gələn Xomneyi Şəriətmədari ilə razılaşmasına əməl etmir, muxtariyyət tələbini rədd edir və Şəriətmədarinin CİA agenti adlandıraraq 1882- ci ildə onu həbs etdirərək Qum şəhərindəki evində «Ev dustağı» edir. Bundan sonra Xomneyinin göstərişilə Şəriətmədarinin kitabları və kitablarının araşdırılması qadağan edilir. Prostat xərçəngindən əziyyət çəkən Şəriətmədari 1986- ci ildə onu dəstəkləyən Azərbaycanlıların köməkliyi sayəsində müalicə almaq üçün Təbriz şəhərinin Behram xəstəxanasına gətirilir. Ömrünün sonuna az qaldığını bilən Şəriətmədari vəsiyyət edir ki, onu Qum şəhərindəki evində yaxud Həzrəti Məsumə türbəsində dəfn etsinlər və cənazə namazını da Livanlı şiələrin lideri Seyid Rza Sadr qılsın. 3 aprel 1986- cı ildə Şəriətmadari xəstəxanada dünyasını dəyişir. Xomeyinin göstərişinə əsasən cənazə mərasimi keçirilmir və Şəriətmədarinin cənazəsi xəlvətcə dəfn edilir. 1986 — cı il aprelin 14 də Türkiyə Diyanət İşləri Bakanlığı Təbrizli Azərbaycanlıların iştirakı ilə Aksarayda «Mevlid okuma» mərasimi təşkil etmək istəsə də, Xomeyni İran səfirinin vasitəsiylə Türkiyə Xarici İşlər Nazirliyinə öz etirazını bildirərək bu tədbirə də mane olur.


Mənbə : Türkiyəli jurnalist Örsan Öymen » İran Türklərinin Kimlik Mücadiləsi», Milliyət Qəzetinin 1979- cu il arxivi — muxbir Mehmet Ali Birantın Şəriətmədi ilə müsahibəsi.
#GizliFAYL

Qafqaz Qabil

Нет описания фото.


Foto : Ayətullah — Ul — Uzma Seyid Kazım Şəriətmədari.

Bu xəbəri paylaşın: