XƏBƏR: Ermənistanın polis rəisi (daxili işlər naziri) Arman Sarkisyan istefa verib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa verib.
İstefaları müxtəlif cür şərh edirlər. Ermmənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın istefa səbəblərindən biri mətbuatda rezonans doğuran pandemiya, fövqəladə vəziyyət dövründə oğluna toy etməsi olduğunu söyləyir. İşdən çıxmaqla bağlı Ermənistan prezidenti Armen Sarkisyana polis rəisi Arman Sarkisyan özü ərizə yazıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanın istefa verməsi səbəbi barədə məlumat yoxdur.
Paşinyan öz “Facebook” səhifəsində bu barədə yazıb:
“General-leytenant Onik Qasparyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin olunur. Polkovnik Arqişti Kyaramyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunur. Polkovnik Vahe Qazaryan Ermənistanın polis rəisi təyin olunur. Qərarlar Ermənistan prezienti tərəfindən imzalandıqdan sonra de-yure qüvvəyə minəcək”.

