İlham Əliyev dövlət komitəsinin əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Muradov Fuad Rauf oğlu

“Tərəqqi” medalı ilə

Ağayev Ziya Zəvair oğlu

Əliyev Elşad Nuqay oğlu

Hüseynov Adil Hüseynağa oğlu

Xəlilova Esmira İsmət qızı

Qaraxanova Türkan Nazim qızı

Məmmədov Vüsal Adil oğlu

Rəcəbli Daşqın Allahverdi oğlu

Seyidbəyov Vaqif Həsən oğlu.

Fuad Muradov təltif barəsində fikirlərini öz “Twitter” hesabında paylaşıb.

O, Prezident İlham Əliyeva təşəkkürünü bildirib. 

“Cənab Prezidentin Sərəncamı ilə Komitə əməkdaşlarının yüksək mükafatlarla təltif olunması dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Bu diqqət və etimada görə Cənab Prezidentə təşəkkür edirik”, – deyə komitə sədri qeyd edib.

Bu xəbəri paylaşın: