ABŞ-da Müstəqillik Günü paradında ölən və yaralananlar var

ABŞ-ın Müstəqillik Günü şərəfinə keçirilən paradda atışma nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayılan məlumata görə, atıcı paradın keçirildiyi ərazinin yaxınlığındakı evlərdən birinin damından atəş açıb.

O, hazırda azadlıqdadır və ehtimal ki, kamuflyaj geyimindədir. Hadisə yerində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Yerli sakinlərə evdə qalmaq və şəhərin mərkəzinə daxil olmamaq tapşırılıb.

Bu xəbəri paylaşın: