Qarabağda antiterror əməliyyatlarının «ayaq səsləri» gəlir…

Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə keçirdiyi onlayn mətbuat konfransında növbəti dəfə absurd fikirləri ilə gündəmə gəlib.


Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edən Paşinyan rəsmi Bakının ünvanına başqa böhtanlar da yağdırıb.Digər tərəfdən məlum olub ki, ermənilər bölgəyə muzdlu döyüşçülər cəlb etməyə hazırlaşırlar. Belə görünür ki, yaxın vaxtlarda Laçın və ətraf kəndləri boşaltmalı olan ermənilər təxribatlara hazırlaşırlar.


Xatırladaq ki, Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Qərargahında xidməti müşavirə keçirilib. Bu barədə məlumat Azərbaycan Müdafiə Nazirliyindən verilib.


İclasda nazir müavinləri, qoşun növləri komandirləri, baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər.

Azərbaycanın müdafiə naziri revanşist fikirli qüvvələr tərəfindən mümkün təxribatların qarşısını almaq üçün hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib.

Yerli erməni sakinlərə gəlincə isə, «qozbeli qəbir düzəldər» ibarəsi onlara keçərli deyil. Bu ölkədə ermənilərin yaşaması mümkün deyil. Bunu sübut edən video kadrları K+ -a istinadən təqdim edirik:

Bu xəbəri paylaşın: