İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən müharibə veteranı ehtiyatda olan mayor Sadıqov Kamil Çərkəz öğlunun iyul ayının 6 — da 55 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan mayor Kamil Sadıqovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır.Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni yaşı isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Kamil Sadıqov 1967 — ci illin iyul ayının 6 — da Qərbi Azərbaycanın ( Dərələyəz mahalının) Yexeqnadzor rayonun Qabaxlı kəndində anadan olub.
1984-cü ildə Qərbi Azərbaycanın Yegeqnadzor rayonun Qabaxlı kənd orta məktəbi, 1991-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini, 1998 — ci ildə isə Zabitlərin ixtisas artırma kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarında, Xüsusi — taktiki təlimlərdə , Komanda- qərargah təlimlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1985 — 1987 — ci illərdə Sovet Ordusunun Krasnoyarsk Vilayətində yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə olub. Azərbaycan Dövlət Aqrar Universitetini bitrdikdən sonra 1992 — ci ilın dekabr ayına kimi öz ixtisası üzrə müvafiq vəzifələrdə işləyib. 1993 — 2014 -cü illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Sumqayıt şəhərində, Quba, Binəqədi, Nərimanov və Sabuncu rayonlarında yerləşən hərbi hissələrdə Əlahiddə Xüsusi Vasitələrin Tətbiqi qurupun komandiri, Avtomobil və zirehli texnika bölüyünün komandiri, Avtomobil və zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini maddi texniki təminat xidmətləri üzrə müavini vəzifəsində Vətənə Dövlətə və xalqa layıqincə xidmət edib.

Azərbaycan Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli) rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Kamil Sadıqov Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsindən Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra 2017- 2019 -cu illərdə Moskva şəhərində MR natural şirələri zavodunda idarə heyətin sədri, 2019 — 2021cü illərdə isə Kənd təsərrüfatı Nazirliyinin Abşeron rayonun Dövlət Aqrar inkişaf mərkəzində aparıcı məsləhətçi işləyib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;
— Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə
— Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə

KAMİL BƏY, 55 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev











