ŞƏRƏFLİ ZABİT ÖMRÜ: XURAMAN MƏMMƏDOVA

       Peşəkarlığı və hümanistliyi,  sadəliyi və səmimiyyəti, dəqiqliyi  və təmkinliyi , işgüzarlığı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 48 — illnin   on beş ilini hərbi xidmətdə,  otuz üc ilini isə Şirvan  (kecmiş Əlbayramlı) şəhər Yol idarəsində, Hərbi Cihazlar Zavodunda, Peşə liseyində keçirən vüharibə veteranı, istefada olan kapitan Məmmədov Xuraman  Dadaş qızının 6 iyul ad günüdür. Xanımın yaşını yazmazlar, deyə biz də yazmadıq.

      Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan kapitan Məmmədova Xuraman Dadaş qızını  doğum günü münasibətilə » Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin  müavini  polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu  illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    Məmmədova Xuraman Dadaş qızı  1957 -ci ilin  iyul ayının  6 — da   Qaradağ rayonun  Ələt qəsəbəsində anadan olub.

    1974 — cü ildə  Şirvan ( Keçmiş Əlbayramlı) şəhərində orta məktəbi,  1976 — cı ildə isə  Şirvan ( kecmiş Əlibayramlı) Sənaye texnikomunu bitirib.  O, Daxili Qoşunların daxidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində keçirlən  bir çox metodiki — təlim toplanışlarında,  seminar və konfranslarda fəal iştirak edib.

   O, 1974 — 1992 — ci illərdə  Şirvan (kemiş Əlbayramlı) şəhərində yerləşən  Yol İdarəsində və  Hərbi Cihazlar Zavodunda məsul icracı,  ümümü şöbənin müdiri, Kadırlar şöbəsinin rəisi vəzifələrində  işləyib.

     1992 -ci ilin iyun ayından  2007 — ci ilin  dekabr ayının sona kimi  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Şirvan (  kecmiş Əlibayramlı) şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində Nizami hissə rəisinin köməkçisi,  Alayın  Qərargah rəisinin Şəxsi heyətin qeydiyyatı və uçotu üzrə baş köməkçisi,  Alayın tərbiyə  bölməsində baş təlimatçı  vəzifələrində Vətənə Dövlətə və xalqa layıqınca  xidmət edib.

    Xuraman Məmmədova  2008 — ci ildən etibarən Şirvan şəhəri — Şirvan Peşə liseyində  Kadrlar şöbəsinin rəisi vəzifəsində işləyərək üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlir.

     O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

     Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

    Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

 — «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

XURAMAN XANIM,  65 YAŞIN MÜBARƏK!!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: