Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin üzvləri Gəncə şəhəri Filarmoniyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işıq üzü görmüş «Xatirə kitabı 44 gün-Tarixi Zəfər» adlı kitabın təqdimat mərasimində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov məlumat verib.
Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qəhrəman ordumuzun qazandığı tarixi zəfərdən və torpaqlarımızın azad edilməsində Azərbaycan xalqının bir yuumruq kimi birləşməsindən danışılıb.
Mərasimdə, həmçinin şəhər sakinləri, müharibə veteranları və şəhid ailəsinin üzvləri iştirak ediblər.
E. Səlim