YAŞANAN ŞƏRƏFLİ ZABİT ÖMRÜ: NAZİM HƏSƏNOV – 53

Peşəkarlığı, humanistliyi , nəzəri  və  praktiki  biliyi, sadəliyi  və  səmmimiyyəti, dəqiqliyi  və  təmkinliyi, işgüzarlığı  və  mənəvi  keyfiyyəti  ilə  seçilən  istefada  olan mayor Həsənov Nazim  Əsgər oğlunun iyul  ayının 8 — də  53 yaşı  tamam olur.

Daim  həyatın  bütün  imtahanlarından  alnıacıq  və  üzüağ  cıxan  istefada  olan  mayor  Nazim  Həsənovu  doğum  günü  münasibətilə  Azərbaycan  Vətən  Müharibəsi  Veteranları İctimai  Birliyi  sədrinin  müavini  polkovnik  Salman  Musayev  səmimi  qəlbdən  təbrik  edir, ona  möhkəm  can  sağlığı  və  həyat  yollarında  bitib – tükənməyən  naliyyətlər  arzulayır.

Yaşının  üstə  gələn  bu  yaş  ona  sevinc  dolu  illər bəxş  etsin  və  hər  yeni  günü  isə  onu  istəklərinə  qovuşduraraq  daha  da  xoşbəxt  etsin.

Mayor  Həsənov  Nazim  Əsgər  oğlu  1969-cu  ilin  iyul  ayının  8-Naxçıvan  Muxtar  Respublikasının  Naxçıvan  şəhərində  anadan  olub.

1984-cü  ildə  Naxçıvan  şəhərində  4 nömrəli  orta  məktəbin 8-ci  sinifini, 1986-cı ildə Naxçıvan şəhərində  6 nömrəli  orta məktəbin 10-cu sinifini bitirib. 1986- cı ildə  SSSR-nin  Kurqan  şəhərində  Ali  Hərbi  Siyasi  Aviasiya  Məktəbinə  daxil  olub. Hərbi  xidmətini  Ural  vilayətində  başa  vurub.

1992-ci ildə  Nəsrəddin  Tusi  adına  Azərbaycan  Pedaqoji  İnstitutunda  təhsil  alarkən  könüllü  olaraq  Azərbaycan  ərazi  bütövlüyü  uğrunda  (Qazax,Ordubad,Sədərək  və  Aşağı  Buzqov  rayonları  istiqamətlərində) gedən  döyüşlərdə  iştirak  edərək  ona  həvalə  edilmiş  vəzifə  və  tapşırıqların  öhtəsindən  layiqincə  gəlmişdir. 

Nazim  Həsənov  1993- cü  ildə  Nəsrəddin  Tusi  adına  Azərbaycan  Pedaqoji  Universitetinin  ibtidai  hərbi  və  fiziki  hazırlıq  fakültəsini, 1997-ci  ildə  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunların  Xəzər  rayonunda  yerləşən  Tədris  mərkəzində  zabitlərin  ixtisas  artırma  kursunu, 2002-ci  ildə  isə  Müdafiə  Nazirliyinin  Qaraheybətdə  yerləşən  tədris  mərkəzində  bölük  komandiri  və  tabor  qərargahının  rəisi  kurslarını  bitirib. O, Daxili  Qoşunlarda  xidmət  etdiyi  illər  ərzində, Daxili  Qoşunların  Baş  İdarəsində  və  hərbi  hissələrində,  Müdafiə  Nazirliyin  Naxçıvan  Muxtar  Respublikasınında  yerləşən  korpusunda  keçirilən  bir  çox  metodiki-təlim  toplanışlarında,  xüsusi  taktiki  təlimlərdə,  komando-qərargah  təlimlərində, müvafiq  kurslarda, seminar  və  konfranslarda  fəal  iştirak  edib.

1995-2014-ci illərdə  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunların  Baş  İdarəsinin  Naxçıvan  şəhərində  yerləşən  Əlahiddə (taborda, alayda) birqadada  taqım  və  bölük  komandiri,  döyüş  hazırlığı  bölməsinin  rəisi,  Qərargah  rəisinin  xidmət  üzrə  baş  köməkçisi  vəzifələrində  Vətənə  Dövlətə  və  xalqa  sədaqətlə  xidmət  edib.

2013 – cü ildən  etibarən  Mayor  Nazim  Əsgər  oğlu  Həsənov  Naxçıvan  Muxtar  Respublikasının  Naxçıvan  Dövlət  Universitetində  Çağırışaqədərki  hazırlıq  və  mülki  müdafiə  kafedrasında  müəllim  vəzifəsində  çalışır. O,  Daxili  Qoşunlarda  xidmət  etdiyi  illər  ərzində  öz  tabeliyində  olanlara  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  əməl  edilməsi,  Hərbi  Andın,  Hərbi  və  Daxili  Qoşunların  döyüş  xidməti  nizamnamələrin  tələblərinin,  əmr  və  sərəncamların  dəqiq  və  sözsüz  yerinə  yetirilməsi  işində  daimi  nümunə  olmuşdur.  Hərbi  yoldaşları  onu  vətənpərvər,  qorxmaz,  səxavətli,  insanpərvər,  əliaçıq  və  zəhmətkeş  zabit  kimi  dəyərləndirirlər.  O,  istər  təhsil  aldığı  orta  və  ali  təhsil  müəssisələrində,  istər  xidmət  etdiyi  və  çalışdığı  mühitdə,  istərsədə  dost-tanış,  qohum — əqrəba  arasında  özünə  böyük  hörmət  qazanıb.

  Qanunvericiliklə  Daxili  İşlər  Nazirliyi  Daxili  Qoşunlara  həvalə  edilmiş  vəzifələrin  və  tapşırıqların,  eləcə də  şəhərdə  və  yaşayış  məntəqələrində  baş  vermiş  kütləvi  ixtisasların  qarşısının  alınmasında,  cinayətkarlığa  qarşı  mübarizədə,  fövqəladə  hallar  zamanı  hüquqi  rejimin  təmin  edilməsində,  baş  vermiş  təbii  fəlakətlərin  nəticələrinin  aradan  qaldırılmasında,  dövlətin  ərazi  bütövlüyünün  təmin  edilməsində  üzərinə  düşən  vəzifə  və  tapşırıqları  məsuliyyət  və  şərəf  hissi  ilə  yerinə  yetirmişdir. 

Funksional  vəzifələrinin  icrası  zamanı  fərqləndiyinə  görə,  Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirinin,  Daxili  Qoşunlar  Komandanın  və  onun  müavinlərinin,  Naxçıvan  Muxtar  Respublikasının  Daxili  İşlər  Nazirinin,  Naxçıvan  Muxtar  Respublikasının  Hərbi  Xidmətə  Çağırış   üzrə  Dövlət  Xidmət  rəisinin,  Naxçıvan  Dövlət  Universitetin  rektorunun,  xidmət  etdiyi  hərbi  hissənin  komandirinin  müvafiq  əmrləri  ilə  əla  xidmətlərə  görə  döş  və  yubiley  nişanları  ilə  təltif  olunub,  fəxri  fərmanlarla  və  qiymətli  hədiyələrlə  mükafatlandırılıb  və  ona  təşəkkür  elan  edilib. 

Azərbaycan  Respublikasının  müstəqilliyinin,  ərazi  bütvlüyünün  qorunub  saxlanmasında,  respublikada  əmin – amanlığın  təmin  edilməsində,  ictimai  asayişin  qorunmasında,  cinayətkarliğa  qarşı  mübarizədə  öz  xidməti  vəzifələrini  və  hərbi  hissənin  qarşısında  qoyulmuş  tapşırıqları  yerinə  yetirərkən  fərqləndiyinə  görə  aşağıdakı  medallarla  təltif  olunub:

— “Silahlı  Qüvvələrin  yaranmasının”  10  illiyi  (1991 — 2001)  yubiley  medalı  ilə;

—  “Silahlı  Qüvvələrin  yaranmasının”   90  illiyi  (1918 — 2008)  yubiley  medalı  ilə;

—  “Qüsursuz  Xidmətə  Görə”  2  dərəcəli  medalı ilə — Silahlı  Qüvvələrdə  15  təqvim  ili  xidmətə  görə

—  “Qüsursuz  Xidmətə  Görə”  3  dərəcəli  medalı ilə — Silahli  Qüvvələrəd  10  təqvim  ili  xidmətə  görə

DOĞUM  GÜNÜN  MÜBARƏK  OLSUN  NAZİM BƏY!

ALLAH  HƏR  ZAMAN  QƏLBİNİ  SIXINTIDAN, BƏDBİNLİKDƏN  QORUSUN!

HƏMİŞƏ  ÜZÜN  GÜLSÜN,  ÜRƏYİN  SEVİNSİN!

BÜTÜN  ARZULARIN  ÇİN  OLSUN!

Azərbaycan  Vətən  Müharibəsi  Veteranları  İctimai  Birliyi  (AVMVİB)  sədrinin  müavini  polkovnik  Salman  Musayev

Bu xəbəri paylaşın: