Bu səhər (6.07.2022) “Hraparak” qəzeti yazıb ki, Qara (Sev Liç) göldəki sərhəd o qədər müdafiəsizdir ki, yerli ordu korpusu Texə bağlı Xoznavar kəndi yaxınlığında uzunluğu bir kilometrə yaxın olan hissəni minalayıb.
Fikrimizcə, bu, hərbi sirləri ehtiva edən məlumatdır. Ona görə də onun açıqlanması qanunla ciddi şəkildə cəzalandırılmalıdır. Bu cür dövlət əleyhinə “xəbərlər” yayan media nə vaxta qədər cəzasız qalmalıdır? Düşmənə minaların olduğunu açıq şəkildə çatdırmaq söz azadlığı deyil, Vətənə xəyanətdir, millətə xəyanətdir.
Ümid edirik ki, aidiyyatı orqanlar bu qəzetlə məşğul olacaq, əks halda növbəti addım minalanmış ərazinin xəritələrinin dərci olacaq.
Bu məqaləni anti Azərbaycan mövqeyi ilə seçilən İnfoteka24 saytı yayıb.
Elnur Səlim