«Tiktoker» ayamalı Ramzan Kadırovun xam xəyalları…

Ukrayna-Rusiya müharibəsində «Kadırovun Tiktok ordusu» daha bir «Tiktok»a imza atıb.


Ramzan Kadırov bu dəfə güya Ukrayna qoşunlarının qondarma «LNR»-də tam uğursuzluğundan» sonra «Prezident Zelenskinin» Ukraynanın təslim olmasını «Axmat gücü» sözləri ilə imzaladığı parodiya videosu yayımlayıb.


Kadırov videonu rəsmi Telegram hesabında bu qeydlə paylaşıb: “Biz Luqanskı işğalçılardan azad etdik və Zelenski qeyd-şərtsiz təslim oldu. Xahiş edirəm videoya təhqiramiz şərhlər yazmayın. Onsuz da Zelenski çətin vəziyyətdədir».

Kadırov öz xam xəyallarını əks etdirən bu video ilə daha çox gülüş və təhqir hədəfinə çevrilib. Həm də Rusiyanın gücsüzlüyünü bir daha nümayiş etdirib.


Tiktoker Ramzan Kadırovun bu ağılsız hərəkəti onu və ağası Putini qınaq hədəfinə çevirib.

Bu xəbəri paylaşın: