Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə Teleqraf-a məlumat verib.
Trass deyib ki, o, seçkiyə Mühafizəkar kimi qatılacaq və Mühafizəkar kimi idarə edəcək. Söz verib ki, Britaniyanın baş naziri seçilərsə, görəcəyi ilk iş vergiləri azaltmaq olacaq.
Liz Trassın fikrincə, London qlobal iqtisadi böhran fonunda əhəmiyyətli çətinliklərlə üzləşir, eləcə də xaricdə Rusiya və getdikcə daha qətiyyətli Çindən irəli gələn böyük problemlər var.
«Növbəti seçkilərə hazırlaşmaq üçün iki ildən az vaxt qalıb. Bu, çətin qarşıdurma olacaq, lakin Britaniya xalqına verdiyi vədlərə əməl etməklə qalib gəlmək olar», — deyə Trass bildirib.
O, əlavə edib ki, o, ölkənin baş naziri postuna namizədliyini irəli sürüb, çünki o, insanlara rəhbərlik etməyi, vədləri yerinə yetirməyi və çətin qərarlar qəbul etməyi bacarır.
Böyük Britaniyanın baş nazirliyinə namizəd rusların ölkədən çıxarılmasını təklif edib
Xatırladaq ki, iyulun 7-də Conson hökumət başçısı vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Bir ay əvvəl Mühafizəkarlar Partiyasının nümayəndələri Consona etimadsızlıq səsverməsi irəli sürüblər. Lakin o, partiya lideri və Böyük Britaniyanın baş naziri kimi yerini qoruyub.
Hüseyn İbadlı