Güney Azərbaycanın Urmu şəhərində etirazlar davam edir.
Şəhər divarlarına Urmu gölü ilə bağlı etiraz məzmunlu şüarlar yazan milli-mədəni və ekologiya fəalları Tehran hökumətinə xəbərdarlıq ediblər.
Urmu şəhərinin bir çox məhəllələrinin divarlarına “Azərbaycan üsyana hazırdır”, “Urmu gölünü xilas edəcəyik”, “Urmu gölü can verir” və digər şüarlar yazılıb.
Xatırladaq ki, son günlər Güney Azərbaycanda davamlı olaraq hökumətin qurumaqda olan Urmu gölünə laqeyd yanaşmasına qarşı etiraz aksiyaları keçirilir.
Mənbə: An.T live
Bu xəbəri paylaşın: