Türkiyə Prezidentinin cümə günü etdiyi paylaşım ermənilərə od qoyub

Türkiyə Prezidentinin cümə günü etdiyi paylaşım ermənilərə od qoyub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Qarsdakı məscidin təsvirini rəsmi İnstaqram səhifəsində yerləşdirərək müsəlmanlara “Cüməniz mübarək” diləyib.

Ərdoğanın bu paylaşımı ermənilərin onsuz da ərşə çəkilən yuxularına növbəti dəfə haram qatıb. Onlar erməni hökumətinin rəhbərliyini tənqid və təhqirlərlə “yad ediblər”.

“Biz də səlahiyyətlilərə və erməni kilsələrini məscidə çevirənlərlə qardaşlaşmaq istəyən hər kəsə “Cüməniz mübarək” arzulayırıq”, – deyə ermənilər yazıblar.

Xuraman Etibarlı,

Mənbə: KONKRET.az

P.S. Ümumiyyətlə, Anadoludakı bütün məbədlər türk-alban üslubunda tikildiyi bəllidir və erməni dediyimiz haylar bir-iki istisnadan qeyri heç zaman kilsə tikməyiblər. Onun-bunun məbədlərini zəbt ediblər. Elə Üçmüəzzin adlanan Ağkilsə də belədir…

Bu xəbəri paylaşın: