Ərdoğan Paşinyanla danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan hökumətinin mətbuat xidməti bildirir ki, Ermənistanın Baş naziri Türkiyə Prezidentini Qurban bayramı münasibətilə, Türkiyə Prezidenti isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar (İsa Məsihin transfiqurasiyası) münasibətilə təbrik edib.

Liderlər ölkələri arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu da regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Bu kontekstdə onlar iyulun 1-də ölkələrinin xüsusi nümayəndələrinin görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Mənbə: Publika.az

Bu xəbəri paylaşın: