ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK SALAMAT CƏFƏROV — 55

     Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda öz dəst — xətt  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə secilən, ömrünün 33 ildən cox şərəfli xidməti yolunu hərbi xidmət yolunu hərbi xidmətdə kecirən ehtiyatda olan polkovnik  Cəfərov  Salamat Surxay oğlunun  iyul ayının  12 -də  55 yaşı tamam olur.

     Daimi həyatın imtahanlarından alnıacıq və üzüağ cıxan Silahlı Qüvvələr və Müharibə Veteranı  ehtiyatda  olan Polkovnik Cəfərov Salamat Surxay oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik , həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Cəfərov Salamat Surxay oğlu  1967 — ci illin iyul ayının 12- də Zəngəzur mahalının  Sisyan rayonun  Qızılcıq kəndində anadan olub.

     1989-1992-ci illərdə  Çexoslavakiya  Xalq Respublikasında, Rusiya Federasiyasının isə  Kalininqrad vilayətində yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb.

1984 — cü ildə  Sisyan rayonun Qızılcıq kənd orta məktəbi, 1989 — cu ildə  Xmelinski  hərbi məktəbi, 2000, 2003 və 2005 — ci illərdə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin  Ankarada  (Bəytəpədə) və  Izmir  (Focedə) şəhərlərində  yerləşən Alı hərbi Məktəblərdə (Hərbi Akademiyada) » Birqada və Bölkə»  Komandiri vəzifələri üzrə ixtisas artırma kursunu bitrib.  O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən   bir çox metodiki — təlim toplanışlarda,  xüsusi -taktiki təlimlərdə, komanda qərargah məşqilərində,   müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.

       Salamat Surxay oğlu Cəfərov  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  rəhbər vəzifələrdə xidmət etdərkən  bi cox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti ilə,  işgüzarlığı və mənəvi keyfiyyətilə Daxili işlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar Komandanlığının  daimi diqqət mərkəzində olmuşdur.

        1993-2018-ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Nərmanov rayonunda , Naxçıvan şəhərində,  Xətai, Binəqədi, Hacqabul və lənkəran rayonlarında yerləşən hərbi hissələrdə Silah xidməti rəisi, Hərbi hissə komandirinin müavinini — Qərargah rəisi,  hərbi hissə komandiri,  Daxili Qoşunların Bas İdarəsində isə  Nizamnamələrin və metodiki vəsaitlərin hazırlanması bölməsının rəsi,  Daxili Qoşunların Artleriya xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa  sədaqətlə xidmət edib .

        O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

        Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      Hərbı yoldaşları onu, vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

   Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

       

— «Silahlı Qüvvələr Veteranı» medalı ilə;

— «Hərbi Xidmətlərə görə » medalı ilə;

— » Hərbi Xidmətdə Fərqlənməyə görə » — 3-cü dərəcəli medal ilə

-» Hərbi Xidmətdə Fərqlənməyə görə  » 2-ci dərəcəli medal ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  (1918 — 2008 )  yubiley   medalı ilə;

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi (1991 — 2001) yubiley  medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3-cü dərəcəli medal ilə

— Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

— » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  (1918 — 2013 ) yubiley medalı ilə;

-«Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;

— Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

— «Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə

— Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə.

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

      55 YAŞIN MÜBARƏK OLSUN, SALAMAT BƏY!

     BÜTÜN ARZULARIN CİN OLSUN!

     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: