Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb.
Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.
Yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, bu gün Ağdaş rayonunda belə fakt qeydə alınmayıb.
Agentliyin yerli bürosunun apardığı araşdırma nəticəsində bəlli olub ki, 1995-ci il təvəllüdlü Elvin Məmmədov iyulun 10-da yanıq xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına daxil olub, ona ilkin yardım göstəriləndən sonra Bakıya Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.
Elvin Məmmədov özü APA-ya bildirib ki, onun intihara cəhd etməsi barədə xəbər yalandır.
Qazi çay kənarında özünə məxsus kafedə manqalda ehtiyatsızlıqdan xəsarət aldığını qeyd edib: «Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır».
Qazi həmçinin qeyd edib ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən «Suqovuşanın azad edilməsi» medalı ilə təltif edilib.
Xəstəxanadan bildirilib ki, E. Məmmədov bədənin döş qəfəsinin, qarın nahiyyəsinin sol qolun, əlin termiki alov yanığı ilə daxil olub. Onun vəziyyəti qənaətbəxşdir, yaxın günlərdə evə buraxılacaq.
Ağdaş Qarabağ Əlilləri Cəmiyyətinin sədri İsmayıl Xudiyev də APA-ya bildirib ki, o, bu gün də Elvin Məmmədovu ziyarət edib. İ.Xudiyev də E.Məmmədovun intihar etməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini qeyd edib: «Elvin Məmmədovun veteran təqaüdü 3 ay verildikdən sonra dayanıb. Bunun səbəbi araşdırılır. Lakin onun yanıq xəsarəti alması sırf məişət zəminində, kafedə kabab bişirərkən olub».
Ağdaş rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı Elvin Məmmədov güya intihar etməsi barədə sosial şəbəkələrdə yayılan yalan məlumatlara münasibət bildirib.
Elvin Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, barəsində yayılan xəbərlər tamamilə yalandır:
«Əvvəla mən qazi deyiləm, müharibə veteranıyam, döyüşlərdə yaralanmamışam. Mən nə üçün intihar etməliyəm? Heç qazi deyiləm, müharibə veteranıyam».
Elvin Məmmədov dostları ilə istirahət zamanı ehtiyaytsızlıqdan yanıq xəsarətləri aldığını söyləyib:
«Ağdaşda dostlarla çayın kənarına istirahətə getmişdik, manqal qalayan zamanı səhvən odun üzərinə benzin tökmüşdüm, sol əlimdən və qarın nahiyyəmdən yanıq xəsarəti aldım. Şükürlər olsun, ciddi problem yoxdur. İndi baxıram ki, sosial şəbəkələrdə haqqımda yalan xəbərlər uydururlar ki, güya intihar etmişəm və sairə. Bunların hamısı yalandır, inanmayın».
O xatırladıb ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən «Suqovuşanın azad edilməsi» medalı ilə təltif edilib.
Daha sonra Elvin Məmmədov barəsində yayılan xəbərlərin yalan olması barədə Demokrat.az vasitəsilə videomüraciət edib.
Qeyd edək ki, Qənimət Zahid və xaricdən fəaliyyət göstərən bir sıra internet resursları Elvin Məmmədovun güya intihar etməsi barədə yalan məlumatlar yayıblar.
P.S. …
