Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsi 1-ci Qarabağ müharibəsi iştirakçıları torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin suverenliyi uğrunda döyüş əməliyyatlarında iştirak edən və AVMVİB-nin ictimai həyatında fəal iştirak edən şəxslər təltif edildilər.
AVMVİB Tərtər rayon şöbəsinin təşkilati işlər üzrə müavini, istefada olan kapitan Vəliyev Fərman Kamran oğlu, Məmmədov Akif Məhərrəm oğlu, Mamedov Zahir Ərşad oğlu, Vəliyev Elşad Ələddin oğlu AVMVİB-nin təsis etdiyi Xatirə medalları ilə təltif olundular.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib və təltif olunan müharibə veteranlarını təbrik edib.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər



