Xankəndi və Kərkicahan sakinlərinin müvəqqəti məskunlaşbıqları Gəncə şəhər ərazisində şəhidlərimizin xatirəsinə hazırlanmış xatirə lövhəsinin acılış mərasimi oldu.
1-ci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Səfərov Orduxan Aydın oğlunun dəfn edildiyi günün otuzücüncü il dönümündə kecirilən tədbirdə Xocalı rayon ictimiyyətinin nümayəndələri ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, müavinləri və şöbə üzvləri də iştirak etdilər.
Tədbir iştirakcıları əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə dərin etiram əlaəti olaraq gül dəstələri düzdülər.
Sonra dövlət himnimiz səsləndirildi.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış edənlər şəhid Səfərov Orduxan Aydın oğlunun keçdiyi döyüş yollarından, Azərbaycan xalqının qəhrəmanlıqla dolu mübarizəsindən danışdılar. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında qazandığı tarixi qələbədən söz aşdılar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev bildirdi ki, şəhidlərimiz bizim şərəfli tariximizdir. Onlar unudulmanalıdırlar. Ölkəmizin hər guşəsində onları xatırladan bu cür xatirə lövhələrinin, baralyeflərinin və bulaq komplekslərinin olması vacibdir. Onların qarşısında baş əyir və müqəddəs xatirələrini yad edirik. Bu hər bir Azərbaycan vətəndaşının mənəvi borcu sayılmalıdır.
Allah şəhidlərimizə rəhmət eləsin!













