MÜHARİBƏ VƏ SİLAHLI QÜVVƏLƏR VETERANI, İSTEFADA OLAN TİBB XİDMƏTİ POLKOVNİK-LEYTENANTI MİRTƏNZİL SEYİDƏLİYEVİN 71 YAŞI TAMAM OLUR.
AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seydəliyevin 71 yaşını səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin. AMİN!
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Qaradag rayonunda (hal- hazırda Nərimanov rayonunda) yerləşən hərbi hospitalının ilk rəisi Mirtənzil Seyidəliyev 18 iyul 1951-ci ildə Agsu rayonun Pirhəsənli kəndində anadan olub.
I qrup müharibə əllili M. Seyidəliyev 1978- ci ildə Azərbaycan Dövlət TİBB İnstitutunun müalicə- profilaktika fakültəsini bitrib. Həmin müddətdə təyinatla Daxili İşlər Nazirliyinin Narkomaniya üzrə mütəxəsisi vəzifəsində işləyib.
1992 -ci ilin mart ayından 1994 — ci ilin sentyabr ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Hərbi Hospitalınin ilk rəsi, 1994-cü ilin oktyabr ayından -1999 cu ilin dekabr ayına kimi, DİN -in Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissənin tibb xidməti rəsi, DQBİ- nin tibb şöbəsinin isə Baş zabiti vəzifəsində xidmət etmişdir. O, 2000- ci 2006 — ci illərdə Ədiliyə Nazirliyinin Mərkəzi xəstəxanasında Narkologiya şöbəsinin rəisi olub.

O, Vətənmizin erməni təcavüzünə məruz qaldığı vaxtlarda cəsur döyüşçü oğulları müalicə edib. Bu müqqədəs vəzifəni həyata keçirmək məsuliyyəti tibb sahəsində çalişan vətənsevər oğulları daha cox düşündürürdü. Bu baxımdan Daxili Qoşunların döyüşən şəxsi heyətinin sağlamlıgının təmin edilməsi üçün hərbi hospitalın təşkili və yaradılması ən ümdə məsələlərdən idi. Belə tarixi vəzifəni həyata kecirmək tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin taleyinə nəsib oldu. M.Seyidəliyev ulu babalarımızın yaşayıb-yaratmaq ənənəsinə sadıq qalaraq, ıbtidai şəraitdən başlayaraq, hərbi hospitalı ərsəyə gətirilib fəaliyyətə başlaması dövrünə qədər bu işi öz öhdəsinə götürmüşdür. O, hərbi hospitalın yaradılıb istafədəyə verilməsində bir hərbi hissə komandiri (hərbi hospitalın rəsi) kimi ona olan etimadı doğrultmuşdur.

Hal — hazırda istefada olan tibb xidməti polkovnik -leytenantı M. Seyidəliyev Daxili İşlər Nazirliyində, Ədiliyyə Nazirliyində və DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına ,Hərbi Andın, nizamnəmələrin tələblərinə, vəzifə borcuna və həkim andına əməl etməkdə, şəxsən o, tabeçiliyində olanlara nümünə olmuşdur.
Tibb xidməti Polkovnik- leytenantı Mirtənzil Seyidəliyev Daxili İşlər orqanında, Ədiliyə Nazirliyində və Daxili Qosunlarında xidmət etdiyi illər ərzində, üzərinə düşən vəzifəni, bir zabit (Həkim) kimi ləyaqətlə yerinə yetirmiş, onun məsuliyyətini dərindən dərk edən, təlabkar, təcurbəli və vicdanla calışan baş zabitlərdən biri olmuşdur.
I qrup müharibə əlili istefada olan tibb xidməti polkovnik-leytenantı Mirtənzil Seyidəliyev peşəkarlığı və humanistliyi ilə ömrünün ən məhsuldar dövrünün, 28 (iyrimi səkkiz ilini) zabit və baş zabit kimi Daxili İşlər orqanında, Daxili Qoşunlarda və Ədiliyə Nazirliyində kecirmişdir.
M.Seyidəliyev Daxili İşlər orqanlarında, Ədiliyə Nazirliyinin Mərkəzi xəstəxanasında və Daxili Qosunlarda xidmət etdiyi illərdə, Xidmətdə fəriqləndiyinə görə o, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və Ədiliyə Nazirinin müvafiq əmrləri ilə bir cox, ”Qiymətli hədiyələrlə”, Fəxri Fərmanlarla”, Diplomlarla və “Pul mükafatları” ilə mukaflandırlıb.
Peşəkar həkim İstefada olan tibb xidməti polkovnik- leytenantı Mirtənzil Seyidəliyevin ön cəbhədə döyüşçülərə göstərdiyi qayğı və diqqət, həmçinin, Vətən, Dövlət və Xalq qarşısındaki əvəzsiz xidmətləri Daxili İşlər orqanin əməkdaşları və Daxili Qosunların hərbi qulluqçuları, mülki işçiləri və onu tanıyanlar tərəfındən hec vaxt unudulmayacaq . Bu Vətənpərvər baş zabiti respubilkamızda coxları tanıyır. Eləcə də Daxili Qoşunların hospitalında müalicə olunan yüzlərlə-minlərlə oğullarmız onun səmimi qaygısının, şəfalı əllərinin ərsəyə gətirdiyi hospitalın misilsiz fəaliyyətini gənc nəsillərə də tanıtdıracaqdır.
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev