Türkün kutlu xaqanı: HÜLAKÜ XAN

O, adətən ərəblərlə döyüşdüyü üçün müəyyən qruplar tərəfindən bəyənilmir, hətta pislənir.


Hülakü Xan fiziki cəhətdən monqoloid görünüşlü olmayıb. O, əcdadı Gök-türklərə söykənən bir türkdür, sarışın, mavi gözlü, ağ dərili bir insan olduğu artıq alimlər tərəfindən sübuta yetirilib.


Hülakü xanın başqa bir xüsusiyyəti isə Fəth etdiyi bütün yerlərdə türkcə danışmağı məcbur etməyidir. İran tarixini araşdıranda bunu görürük. Türkcə danışmağı məcbur edən hökmdarı türk olmaqdan necə kənarlaşdırmaq olar?

İslamlaşma adıyla ərəbləşib yox olmadan qurtularaq öz mədəniyyətini yaşatmağı dərk edən türk milləti, bəlkə də bu gün türkcə danışmağına görə də Hülakü xana borcludur. Bağdad kampaniyası olmasaydı Anadolu türkcəsi tamamilə ərəbləşəcək və ya farslaşacaqdı.


Tarix yazanlar çox şeylər nəzərdən qaçırır, çünki onlar heç vaxt tarix yaranlara sadiq qalmırlar. Misal üçün, Talkan və Cürcanda ərəblər (Küteybə Bin Müslüm) tərəfindən qətlə yetirilən yüz minlərlə türkün adına rast gəlinmir. 24 km-lik yol boyu ağaclardan asılaraq öldürülən türklərin adları belə çəkilmir.


Onun digər bir xüsusiyyəti də alimləri çox sevməsi və qorumasıdır. O, Nəsrəddin Tusini həbsdən çıxarıb, araşdırma aparması üçün ona hər cür şərait yaradıb.


Hülaku xan, türklərin atlar tərəfindən tapdalayaraq öldürülməsinin vacib olduğunu fətva verən Abbasi xəlifəsini atlara tapdadaraq öldürmüşdü.
Türk gəncliyi Tariximizin nöqtəsindən vergülünə qədər hər şeyə sahib çıxmalıdır. Türk gəncliyi nəslindən minlərlə qəhrəmanın olduğunu bilməli, türk olması ilə fəxr etməlidir!


Ulu öndər Atatürkün dediyi kimi: «Biz türkük! Biz ildırımıq, qasırğayıq, dünyanı işıqlandıran günəşik!»


Türkiyəli yazar Mehmet Salih Karaçaltının bu məqaləsinə əlavə olaraq bəzi qeydlər əlavə etməyi özümə borc bildim. Hələ də rus köləliyinin yuduğu beyinlərdə qondarma «monqol» modeli ilə türk tarixinin bu şanlı səhifələri və nailiyyətləri ortada sahibsiz buraxılıb. Son dövrlər ruslar az qala Çingiz xanı və ya Batı xanı slavyanlaşdırmağa çalışmaqdadırlar. Ona görə də bu mövzuya dönə — dönə qayıtmalıyıq.


Azərbaycan Elxanilər dövləti bölgənin hegemon dövləti olduğunu, Azərbaycanın ilk himnində Çingiz xanın sələfimiz olmasının qeyd edilməsini (Yürüyün şövqlə düşmən tərəf, Biliniz Çingizdir, bizə sələf.), Hülakü xanın Nizami Gəncəvinin adını çəkdiyi Böyük Azərbaycan ölkəsinin bütün sərhədlərini bərpa etmiş Böyük Hülakü xanıvə s. sizlərə anlatmaqdayıq. Bu Azərbaycanın şərəfli bir tarixidir. Şah İsmayıl Xətaini Hülakü xanı öz idealı seçməsini fars yazarlar öz əsərlərində qınaq obyekti kimi təqdim etdiklərini də yazmışıq. Biz öz tariximizin sahibi kimi deyil, bizlərə biçilmiş yalanlara qul olmuş bir zehniyyətlə düşünməkdəyik.


Bu Türkiyədə də belədir. Avrosentristlərin tərcih etdikləri «monqol» pərdəsi arxasında gizlədilmiş öz tarixlərinə küfr etməklə məşğul olurlar. Bunların baxışına görə, türk olmaq müsəlman olmaq deməkmiş. Elmə bax…


“Elxani” adı, “Böyük Xaqanlıq” deməkdir. Belə ki, Elxanilərin öz bayraqları və pul vahidləri olsa da, əyalət sayılırdı və türklərin Böyük Xaqanına tabe idi. “Elxani” sözünün digər izahı “ el-il” yəni “əyalət,vilayət” mənasını verir. Dövlətin çox böyük və sürətli ordusu vardı.

Azərbaycanı ələ keçirən Hülakü xan 1258-ci ildə Bağdadı alaraq Abbasilər dövlətinə son qoydu. Anadolu ərəb sevər Səlcuqilər dövlətini də özünə tabe etdi.


Azərbaycan Elxanilər dövlətinin Başbuğu Hülakü Han tarixin ən böyük Türk Hökmdarlarındandır. Ərəblərin qorxulu röyası idi. Bağdaddı alaraq ərəb xəlifəliyinə sərt zərbələr vurmuş , 200-450 min ərəbi öldürdüyünü deyirlər.

«Türkləri öldürmək vacibdir» deyən ərəb xəlifəsinin cəsədinin üstündən ordularının atları ilə keçmişdir. Kafirlikdə iblisə nümunə olan bir ərəb xəlifəsini atları ilə çığnadaraq öldürən Hülakü xan kafir, 120.000 Türkü qətl edən ərəbləri isə din qardaşı olaraq görmək nə böyük bir cahillikdir.


Hülakü xanın dövründə Azərbaycan Elxanilər dövləti, indiki İran, Ermənistan, Gürcüstan, Kiçik Asiya (Qızıl Irmaq çayına qədər), İraqi-Ərəb, Əfqanistan və Türkmənistanın çox hissəsini və s. ərazini əhatə edirdi. Trapezunda imperatorluğu, Konya sultanlığı, Kilikiya, Kipr krallığı hülakülərin vassalı idilər. Onlara bac və köməkçi könüllü dəstələr verirdilər. Azərbaycan Elxanilər dövləti Bizans imperiyasından da bac alırdı.

Hülakilər dövləti Azərbaycan, İran, Ermənistan, Gürcüstan, Kiçik Asiya (Qızıl Irmaq çayına qədər), Kürdüstan, İraqi-Ərəb, Əfqanistan və Türkmənistanın çox hissəsini və s. ərazini əhatə edirdi. Trapezunda imperatorluğu, Konya sultanlığı, Kilikiya, Kipr krallığı hülakülərin vassalı idilər. Onlara bac və köməkçi könüllü dəstələr verirdilər. Hülakülər dövləti Bizans imperiyasından da bac alırdı.


Xatırladaq ki, bu gün ermənilər daxil separatçı bəzi etniklər Azərbaycan adının olmadığını, güya sonradan meydana gəldiyini bir erməni həyasızlığı ilə söyləməkdədirlər. Amma Hülakü xan dövründə basdırılan pullar üzərində «Azərbaycan Elxanilər dövləti» yazıldığını unudurlar…

Hülakü xanın ərəb xəlifəsinə yazdığı bir məktub çox məşhurdur və həmin məktubu türk gəncliyinə bir daha təqdim edirik: «Biz, Tanrının iradəsi ilə gəldik və onun qüvvəsi ilə müvəffəq olduq və olmaqdayıq. Heç şübhə yoxdur ki, biz, Tanrının yer üzündəki əsgərləriyik. Öz qəzəbinə uğratmaq istədiyi kimsələrin üzərinə bizi göndərir. Hadisələr, sizə ibrət və sözümüz sizə nəsihət olsun…


Necələrini yox etdik, necə uşaqları atasız bıraxdıq, yer üzünün üstünü dəyişdirdik və alt-üst etdik. Sizə qaçmaq olar, biz isə qaçanları yaxalayarıq, sizin üçün bizim qılıncımızdan qurtulmaq yoxdur; siz harada olursanız olun, oxlarımız sizə yetişər, atlarımız hər atdan bərk qaçar və oxlarımız bütün sipərləri dələr, qılıncımız endiyi yerə ildırım kimi enər, ağlımız dağlar kimi sağlamdır, sayımız isə qumlar qədər çoxdur; bizdən aman diləyən salim qalar, bizimlə savaşa yürüyənlər sonunda peşiman olarlar.


Siz bizə kafir deyirsiniz, biz də sizə fasık deyərik. Biz, bütün işləri tədvin və təqdir edən Tanrı tərəfindən, sizə musallat edildik. Yer üzünün batı və doğusu bizim əlimizdədir, heç bir yerə qaçıb qurtula bilməzsiniz»…


Bölgədə Türk xalqının bu günkü varlığı Böyük və Həşəmətli Hülakü xanın şah əsəridir. Əsrlərdir ki, ərəblər, farslar, ruslar və avropalıların «monqol» pərdəsiylə türklükdən qoparılmaq istənilməsi, Böyük Çingizxanın ərəb-farslar tərəfindən «kafir» elan edilməsi zamanların davamlı olan bir antitürk siyasətidir.


Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: