Ceyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken Tvitter hesabında yazıb.
“Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, — Blinken vurğulayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Tiflisdə bir araya gəlib.
