İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi və səmimiyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi və təcövzkarlığı ilə seçilən ömrünün ən məhsuldar dövrünü Hərbi xidmətdə, «Azəristilik təchizat » ASC — də və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhəri və Xocalı rayon şöbəsində kecirən Müharibə Veteranı Ağyev Ramiz Yunis oğludur. İyul ayının 18 — də onun 58 — yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı Ağayev Ramiz Yunis oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Vətən Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Ağayev Ramiz Yunis oğlu iyul ayının 18 — də Azərbaycan Respublikasının Xocalı rayonun Kosalar kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1979 — cu ildə Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd orta məktəbin səkkizinci sinfini, 1983 — cü ildə Xankəndi şəhər Texniki peşə məktəbini, Sovet ordusunda müddətli həqqi hərbi xidmətdə oluduğu ildə isə Tank üzrə mexanik kursunu bitrib.
1983 — 1985 — ci illərdə Sovet Ordusunun Almaniya Federativ Respublikasında yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətə ( tank üzrə mexanik vəzifəsində) olub.
1985 — 1988 -ci illərdə Xankəndi şəhər İpək kombinatında, 1988 — 2010 -cu illərdə isə «Azəristilik təchizat» ASC — də müxtəlif vəzifələrdə işləyib.
1992- 1995 -ci illərdə Azərbaycan Ordusunun tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Kəlbəcər, Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə bir tankçı kimi üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Ramiz Yunis oğlu Ağayev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri vəzifəsində olduğu illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir.
Döyüşçü və iş yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli,əliaçıq, insanpərvər və zəhmətkeş insan kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış, qohum — əqraba arasında özünə layiq hörmət qazanıb.
Hərbi xidməti və İctimai vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin, xidmət etdiyi hərbi hissənin komandirinin, » Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin Xətai rayon şöbəsinin sədrinin müvafiq əmrləri ilə döş nişanları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin Nizamnaməsinin tələblərinin yerinə yetirilməsində fəriqləndiyinə görə «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi aşağıdakı xatirə medalları ilə təltif olunub:
-«Böyük Zəfər» medali ilə;
— » Azərbaycan Vətən Müharibəsi Veteranı» medalı ilə ;
-» Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 — illik yubiley » medalı ilə
— » Azərbaycan Silahlı Qüvvələrin yaranmasının » 100 — illiyi yubiley medalı ilə.
RAMİZ BƏY, 58 YAŞIN MÜBARƏK !!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev












