Balakən rayonunda şəhidlərimiz anılıb

Balakən rayonunda müharibə veteranları Xüsusi Təyinatlı Qosunlarda xidmət etmiş, şəhid bas leytenant Harun Alqayevin və Kənan Muradovun Anım tədbirində iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.


Tədbirdə müharibə veteranları ilə yanaşı, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları da iştirak ediblər.


Şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül qoyulub və ruhuna dualar oxunub.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elnur Səlim

Bu xəbəri paylaşın: