Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi rəhbərliyi Lənkəran rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Çingiz Rüstəmovu müharibə veteranları, əlil və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə AVMVİB-nin Fəxri fərmanıyla təltif ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov bu barədə məlumat verərək bildirdi ki, müharibədən zərər görmüş insanlara öz qayğısını əsirgəməyən həkim Çingiz Rüstəmovun təltif olunması müharibə veteranlarının təklifiylə oldu. Təltif münasibətiylə təbrik edir və işlərində uğurlar arzulayıram.
Elnur Səlim
