Erməni jurnalistlər Qarabağa buraxılmayıb

ERMƏNİ MƏTBUATI YAZIR: «Dünən axşam bir qrup jurnalistlər Qarabağa gedərkən, rus sülhməramlıları onları geri qaytarıblar. Ruslar erməni hərbçilərinə də deyiblər: «SİZSİNİZ GÜNAHKAR! Postlardan «Artsaxın» bayraqcıqlarını da çıxarın, gedin öz Ermənistanınıza!» (https://mamul.am/am/news/245614 )

TƏCİLİ XƏBƏR: Avtomat silahlahlarla dayanmış və maskalanmış sülhməramlılar erməniləri Qarabağa daxil olmağa icazə vermirlər.

Jurnalist Jirayr Voskanyan həyəcan təbili çalaraq yazır: «Rusiyalı sülhməramlılar mülki geyimdə, kobud davranışlar və həhqiramiz sözlərlə, maskalanmış halda, əllərində avtomat tutaraq bizi «Artsaxa» buraxmadılar. Onlar bizi zirehli maşınlara oturmağa məcbur edərək digər maskalı sülhməramlıların yanına apardılar və bildirdilər: «Problem yaratmaq istəmirsinizsə rahat olun, yoxsa biz asanlıqla problem yarada bilərik. Burada məsələləri biz həll edirik, biz qərar veririk. Əgər Ermənistanda rəhbərlik varsa, o zaman siz Qarabağa daxil ola bilməyəcəyinizi bilməli idiniz. Qarabağa getmənizi istəyirsinizsə, Rusiya rəhbərliyinin icazəsi olmalıdır.»

Beləliklə də, onlar bizi geri yola saldılar.

Mənim şərhim: « ՀԱԼԱԼ է ռուս խաղաղապահներին՛. Վերջապես հասկացան, որ քո նման գյադաները գնում են Ղարաբաղ, որ տարակուսանք առաջացնեն: Քանի դեռ չեք մոռացել մտացածին Արցախ անունը, իրավունք չունեք մտնել Ղարաբաղ։ » ( https://mamul.am/am/news/245684 )

TƏRCÜMƏSİ: «Halaldır, Rus sülhməramlılarına! Nəhayət başa düşdülər ki, sənin kimi gədələr çaşqınlıq yaratmaq üçün Qarabağa gedirlər. «Artsax» qondarma adını unutmayana qədər sizin Qarabağa girməyə haqqınız yoxdur.»

Bəyənmək istəsəniz aşağıdakı linkə daxil olub ermənicə (Հավանել ) yəni BƏYƏNmək sözünün üsərindən TIK-layın.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: