Suren Petrosyanın Laçında nə ölümü var?

Demokratik Birlik Partiyasının sədri Suren Petrosyan bildirib ki, o, ailəsi ilə Ağavno kəndindədir, Laçın və Zabux (Berdzor və Ağavno) icmalarının özünümüdafiəsi təşkil edilir.

www.aravot.am Suren Petrosyandan Ermənistan və (S)artsaxın özünümüdafiə çağırışına qoşulub-qoşulmadığını soruşdu: “Müxtəlif cavablar oldu, lakin hazırda söhbət özünümüdafiə haqqında deyil, insanların bura gəlməsi və kəndlilərin oranı tərk etməməsi ilə bağlıdır”. — dedi.

“Əlbəttə insanlar gəlir və biz daha çox şey gözləyirik. Bütün xəbərlərdə insanların kütləvi şəkildə evlərini tərk etdiyi deyilr, əslində isə belə deyil. Bütün bunlar panikaya səbəb olur. İnsanlar kəndi tərk etmirlər. Bəzi insanlar daha çox baxış əldə etmək üçün ürəkağrıdan şeylər çəkməyə gəlir, amma insanlar evlərini tərk etmirlər.

Talançılıqdan da söhbət gedə bilməz, heç kim qaçmır, evləri soyan da yoxdur. İnsanlar ailələri ilə buradadırlar. Söhbət ondan getmir ki, asayiş keşikçiləri gücləndirilmiş xidmət göstərir və buna görə də oğurluq və quldurluq yoxdur. İnsanlar sadəcə yaşayırlar və Rusiya sülhməramlıları intensiv xidmət göstərirlər”, — deyə Suren Petrosyan əlavə edib.

Laçın şəhərinin qondarma meri Narek Aleksanyan özünümüdafiəyə, təşkilatlanmağa çağıran insanları görmədiyini, özünümüdafiə təşkil olunsa belə, nəticə verməyəcəyini, amma “sınamaqdan zərər gəlməz” dedi.

Bu deyilənlərə münasibət bildirmək xahişi ilə Demokratik Birlik partiyasının sədrinə müraciətimizə cavab olaraq: “Bu adamın öz fikri, öz yanaşması var, ümumiyyətlə, hər kəs öz əqidəsinə uyğun addımlar atır”, — deyə Suren Petrosyan cavab verdi.

Bu xəbəri paylaşın: