Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin rayon şöbəsinə məxsus ofis binasının açılışı olub

Göyçay rayonunda Respublika Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin rayon şöbəsinə məxsus ofis binasının açılışı olub.

Bu barədə Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev məlumat verib.

Çıxış edənlər ölkədə şəhid ailələrinə diqqət və qayğıdan söz açmışlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi qələbəmizdə ordumuzun və şəhidlərimizin qəhrəmanlığı qeyd edildi.

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi Müşfiq Əliyev çıxış edərək, yeni məkanda fəaliyyət göstərəcək rayon şöbəsinə uğurlar arzuladı. Bildirdi ki, şəhid ailələri şəhidlərimizin bizlərə əmanətləridir. Nə onları, nə də şəhidlərimizi unutmamalıyıq.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: