Füzuli rayonunda tədbir keçirildi

Füzuli rayonunda döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin və topçu zabit Ağabala Quliyevin döyüş yoluna həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd, Beyləqan və Füzuli rayon şöbələrinin sədrləri Akif Həsənov, Əlövsət Məmmədov, Səməd Əbilov və AVMVİB üzvləri iştirak ediblər.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətini Başçısı A. Alıyev çıxış edib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında aparılan «Dəmir Yumruq» əməliyyatı 30 illik işğala son qoyması barədə söz açdılar.

Elçin Qədirov

Qarabağ üzrə müxbir, Füzuli

Bu xəbəri paylaşın: