Tərtər rayonun Səhləbad kəndində Şəhid Bulağının açılışı olub

Tərtər rayonun Səhləbad kəndində şəhid Aslanlı Orxan Şahmar oğlunun 25 avqust 2022-ci ildə xatirəsinə həsr edilmiş Şəhid Bulağının açılışı olub.

Tədbirdə şəhidin anası və şəhid anaları rayonun İcra hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri və müharibə veteranları iştirak etdilər.

Çıxış edənlər tirpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini yad etdiklərini bildirdilər.

Azərbaycan Respublikasının prezidenti Ali Baş komandan İlham Əliyevin müvafiq sərancamına əsasən şəhid Orxan Aslanlı ölümündən sonra «Vətən Uğrunda» medalı ilə təltif edilmişdir.

Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev

Bu xəbəri paylaşın: