Laçından köçən bütün sakinlərə mənzil almaq üçün sertifikatlar veriləcək

Qondarma rejimin «ərazi inkişafı nazirinin» mətbuat katibi Viktoriya Petrosyan Factor.am-a evlərini yandıran Zabux, Sus və Laçın icmalarının qovulmuş sakinlərinin mənzil alqı-satqısı üçün sertifikat almayacaqları ilə bağlı məlumatı şərh edib.

“Həqiqətən, biz həmişə evlərin yandırılmasının, sökülməsinin və talanmasının əleyhinəyik, lakin bunun sertifikatla heç bir əlaqəsi yoxdur, çünki hər kəs Ermənistanın müxtəlif bölgələrində və ya Qarabağda məskunlaşa biləcəyi bu sertifikatı alacaq.

Evdən çıxarılan sakinlər kirayə pulu şəklində də kompensasiya alacaq, bundan sonra onlar hazır olduqdan sonra evlərinə köçə biləcəklər”, — deyə Petrosyan bildirib.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: