Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi müharibə və Silahlı Qüvvələr veteranı istefada olan polkovnik- leytenant Alıyev Elxan Qurbanəli oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Alıyev Elxan Qurbanəli oğlu 26 avqust 1953 -cü ildə Şamaxı rayonun Ovçulu kəndində anadan olub.


1960 — cı ildə birinci sinifə gedib,1971-ci ildə Qanizadə adına Şamaxı rayon 1(bir) nömrəli orta məktəbi, 1881-ci ildə isə Azərbaycan Neft Kimya Akademiyasını bitirib.
Elxan Alıyev 1974 -1976-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Odessa şəhərində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub. O, 1971- 1973 -cü və 1976- 1992 -ci illərdə Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin yağından mühafizə hissələrində müxtəlif vəzifələrdə , DİN-in texniki yanğından mühafizə məktəbində isə baş müəllim vəzifəsində işləyib.
Polkovnik- leytenant Elxan Alıyev 1992-1999-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin İşlər İdarəsinin rəisi, DQBİ-nin Növbətçi Xidmətinin rəisi vəzifələrində xidmət edib.
İstefada olan polkovnik leytenant Elxan Alıyev peşəkarlığı və humanistliyi ilə secilən ən məhsuldar dövrünün 28 ildən cox şərəfli xidməti yolunu Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində xidmət edərək Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
Müharibə və Silahlı qüvvələr veteranı istefada olan polkovnik- leytenant Elxan Alıyev Azərbaycan Respublikası Konstitusiyasına və qüvvələr qanunlarına,hərbi andın, hərbi nizamələrin,Daxili Qoşunların Bas İdarəsinin İşlər İdarəsi üzrə və Növbətci xidməti üzrə əsasnamələrin və təlimatların tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin İşlər İdarəsi (bilavəsitə tabeçiliyində olan məxfi hissə , qeyri məxfi kargüzarlıq bölməsi, klub, felleyyger və komendant xidməti) üzrə və Daxili Qosunların Baş İdarəsinin Növbətci Xidməti üzrə müasir tələblərə uyğun əsasnamələrin, təlimatların, lazımi təminat normaların, formalaşdırılmış sənədlərin, müvafiq blankların, qeydiyyat kitab və jurnalların hazırlanmasında, çap olunmasnda, Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərinin, hərbi hissə və bölmələrinin lazımı qeydiyyat kitab və jurnallar ilə, dəftərxana ləvazimatları və digər avadanlıqlar ilə təmin edilməsində Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik -leytenant Elxan Aliyevin böyuk xidmətləri olmuşdur.


O,Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsində müxtəlif vəzifələrdə, DİN-in Yanğından texniki Mühafızə Məktəbində baş müəllim , Daxili Qoşunların Baş İdarəsində isə İşlər İdarəsinin və Növbətci Xidmətinin rəisi vəzifələrində xidmət etdiyi illər ərzində o, səmərəli fəaliyyət ilə, işgüzar və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
İstefada olan polkovnik — leytenant Elxan Alıyev Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarə rəisinin və onun müavinlərinin, DİN-in texniki yanğından mühafizə məktəb rəisinin müvafiq əmrləri ilə bir sıra medallarla «Əla xidmətlərə görə » və «yubley «döş nişanları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELXAN BƏY !
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
DAİMA XOŞBƏXT VƏ FİRƏVAN YAŞA.
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev


