Masallı rayon Ərkivan qəsəbəsində müharibə veteranlarının AVMVİB-nin 28 illiyi ilə bağlı yığıncaq keçirib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Samir Əkbərov məlumat verib.



AVMVİB-nin 28-ci ildönümü ilə əlaqədar Masallı rayon Ərkivan qəsəbəsində müharibə veteranlarının Özəyi yaradılıb və Elmir Əliyev Özək sədri təyin edilib. Bununla bağlı vəsiqə Elmir Əliyevə təqdim olunub.
Tədbirdə müharibə veteranları Soltanov Nemət, Mirzəyev Ələkbər, Mehdiyev Elvin, Məmmədov Əli, İbrahimov Əli, Mustafayev Qurban, Abbaslı Sinan, Quluzadə Adil, Talıblı Fariz iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Samir Əkbərov bildirib ki, AVMVİB ökəmizin ən iri ictimai birlikdir. Bu illər ərzində müharibə veteranlarının hüquqlarının qorunması, onların birgə mübarizəsinin təşkili və şəhid qardaşlarımızın adlarının əbədiləşdirilməsi istiqamətində öz fəaliyyətini qurub. 44 günlük Vətən müharibəsində də AVMVİB bir ictimai birlik kimi bunu sübut etdi.
Bu gün AVMVİB — nin yaranma günüdür. Bu münasibətlə AVMVİB üzvlərini təbrik edirəm.
Tədbirin sonunda yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib.
Elnur Səlim



