BU GÜN ERMƏNİLƏRƏ VURULAN NÖVBƏTİ ZƏRBƏ GÜNÜDÜR: 26.08.2022-ci il

«HRAPARAK» (Meydan) erməni qəzeti yazır: «AZƏRBAYCANIN İLK DÖVLƏT ORQANLARI LAÇINDA YERLƏŞDİ»…

Məlum olduğu kimi, bu gün LAÇIN şəhəri, ZABUX və SUS kəndləri Azərbaycanın nəzarətinə keçib. Bu barədə Azərbaycan Ordusunun Korpus komandiri, general-mayor Kənan Seyidov Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı videoreportajda rəsmi məlumat verib.

İndi isə artıq məlum olub ki, Azərbaycanın ilk dövlət orqanı — Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi Laçında açılıb.

Başqa bir məşhur erməni saytı «MAMUL.am» (Mətbuat.am) isə yazır: «Ermənistan Respublikası ÇE partiyasının keçmiş deputatı Naira Zöhrabyan öz çıxışında deyib ki, Vətənimin təhvil-təslim mərasimi Laçın və Zabuxda keçirilir. Bu gün Mehriban Əliyevanın ad günüdür. Bir az əvvəl Laçındakı binalardan birinin qapısı üzərində — «Azərbaycan Milli Təhlükəsizlik Xidməti» lövhəsi vurulub. Biz hara gedirik?»..

Erməni mətbuatının bu günkü hadisələr haqqında yazdıqları bəzi məqamları təqdim etdi:

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: