Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi ehtiyatda olan mayor Quliyeva Almaz Məhəmməd qızını doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.
Almaz xanımın yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl kecsin.
Mayor Quliyeva Almaz Məhəmməd qızı 27 avqust 1959 -cu ildə Tərtər rayonunun Qaradağlu kəndində anadan olmuşdur.


Mayor Quliyeva Almaz Məhəmməd qızı ,1966-ci ildə Tərtər rayonun Qaradağlu kənd orta məktəbinin birinci sinfinə getmiş, 1976 ci ildə həmin məktəbi,1982- ci ildə isə Bakı şəhərində Xarici Dillər Üniverstetini bitirib.
O,1982-1991-ci illərdə orta məktəbdə müəllim, Azərbaycan Milli Elmlər akademiyasında isə Kadırlar şöbəsinin inspektoru və baş inispektoru vəzifələrində işləmişdir.
Almaz Quliyeva Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsində xidmət edən ilk təcrübəli və peşəkar qadın zabitlərdən biri olmuşdur. O,1992 -2013-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Maddi texniki təminat idarəsinin mənzil-istismar xidmətində baş zabit vəzifəsində şərəflə xidmət edib.
O, Daxili Qoşunların Baş İdarəsində tender, mənzil -məişət komisiyalarının katibi, qadınlar şurasının isə sədr müavini kimi ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

Almaz Xanim Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin, Daxili Qoşunların Bas İdarəsinin maddi texniki təminat idarəsi üzrə əsanamə və təlimtların tələblərinə və vəzifə borcuna əməl etməkdə bütun şəxsi heyətə nümunə olmuşdur.
Ehtiyyatda olan mayor Almaz Quliyeva səmərəli fəaliyyəti ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlıq və mənəvi keyfiyyət ilə, təşkilatclıq bacarığı ilə, xidməti vəzifələrinin əla yerinə yetirilməsi ilə Daxili Qoşunlar Komandanlıgnın daimi diqqət mərkəzində olmuşdur.
Quliyeva Almaz Məhəmməd qızı 1992-ci ildən 2013-ci ilə kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş idarəsinində komandir və ixtisas hazırlığı üzrə keçirilən bütün məşğələlərdə seminarlarda və yekun yoxlamalarda əla qiymətlər aldıgına görə Daxili Qoşunlar Komandanı və onun müavinləri tərəfindən həvəsləndirmə qaydasında mükafatlandırlıb.
O, humanistliyi və səmərəliliyi ilə seçilən ən məhsuldar dövrünün 30 ildən cox şərəfli xidmət yolunun doqquz ilini təhsil müəssisələrində 21-ildən coxunu isə hərbı xidmətdə keçirərək Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

Ehtiyyatda olan mayor Quliyeva Almaz Məhəmməd qızı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsində, Azərbaycan Milli Elmlər Akademiyasında işlədiyi müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsində xüsusi fəriqləndiyinə görə O, Daxili İşlər Nazirin , Daxili Qoşunların Komandanın və onun müavinlərinin, Azərbaycan Elmlər Akademiyasının rəhbərliyinin müvafiq əmrləri ilə bir sira medallarla» (Silahlı Qüvvələrin yaranmasının 10 və 90 illiyi medalları ilə, Qüsursuz Xidmətlərə Görə 1,2 və3 cü dərəcəli medallarla), əla xidmətlərə görə, döş və yubiley nisanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlıqla, terrorçuluga və digər təhlükəli cinayətlərə qarşı mübarizədə xüsusi ilə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə 2008 -ci ildə mayor Almaz Quliyeva «Hərbi xidmətlərinə görə » medalla təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ALMAZ XANİM!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN.
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədr müavini polkovnik Salman Musayev


