Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Polis orqanlarının həyatında öz dəst- xətti olan yüksək peşəkarlığı, dərin zəkası və gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda və Daxili işlər orqanlarında kecirən Polis və Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü istefada olan polis polkovnik — leytenantı Qasımov Maarif Eylas oğlunun sentyabr ayının 8 — də 64 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü istefada -olan polkovnik leytenant Maarif Elyas oğlu Qasımovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvü istefada olan polkovnik — leytenant Qasımov Maarif Elyas oğlu 1958 — ci ilin sentyabr ayının 8 — də Azərbaycan Respublikası Beylaqan rayonun Şahsevən kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.


1975 — ci ildə Beyləqan rayonun Şahsevən kənd orta məktəbi, 1978 — ci ildə Kənd təsərrüfatı texnikomunu, 2001-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. O, Daxili Qoşunlarda və Polis orqanlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində, Bakı şəhər Baş Polis İdarəsində, Polis Akademiyasında kecirlən bir cox metodiki- təlim toplanışlarda, xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Müharibə Veteranı istefada olan Polkovnik—leytenant 1991 — 1994- cü illərdə Sərhəd Qoşunların Zəngilan rayonunda yerləşən Zastavada böluk komandiri, 1994- 1997- ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Füzuli rayonunda yerləşən hərbi hissədə böluk komandiri, 1998- 2013 — cü illərdə isə Daxili İşlər Nazirliyinin Binəqədi və Nəsimi rayonlatında yerləşən Polis İdarəsində inspektor, baş inspektor, Cinayət axtarış və ictimai təhlükəsizliy şöbələrinin rəisi, Polis İdarəsinin rəis müavini vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib. 2014- cü ildən etibarən «Azərbaycanın Dəmiryol Yolları » Qapalı Səhmdar cəmiyyətinin Biləcəri Dəmir yol vağzalında təhlükəsiz xidmətin rəisi vəzifəsində çalışır
Müharibə Veteranı istefada- olan Polkovnik—leytenant Qasımov Maarif Eylas oğlu 1976- 1978 ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-peterburq ( keçmiş Leninqrad) şəhərində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətə olub.
Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizə də, silahlı dəstələrin zərərsizləşdirilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, karantin rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

1980- 1988 ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin İslah- əmək müəssisələrində mühəndis vəzifəsində işləyib. 1988 — ci ildə Qarabağ münaqişəsi başlayanda Maarif silaha sarılaraq 1991 ci ilə kimi özünümüdafiə dəstələrinin birində Kəlbəcər, Qubadlı, Beylaqan və Cabrayıl rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
O, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın, Hərbi Nizamnaməlirin, Daxili işlər Nazirliyinin Post — patrul , Daxili Qoşunların isə Döyüş xidməti nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Qasımov Maarif Elyas oğlu 35 ilə yaxın dövrünü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına, SSRİ və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin (islah -əmək müəssisələrinə ) daxili işlər orqanlarına həsir edərək şərəfli yol keçib, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti ilə, işgüzarlığı və mənəvi keyfiyyəti ilə, böyük idarəçilik və təşkilatclıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanlığının, Bakı şəhər Baş Polis İdarəsinin rəsinin və müavinlərinin diqqət mərkəzində olmuşdur
Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, şöbə(xidmət) rəisinin, Hərbi komandirinin müvafiq əmrləri ilə «Əla Ximələrə görə » döş və yubley nisanları ilə təltif olunub, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
-«Qusursuz Xidmələrə Görə» medalı ilə; -» Böyük Zəfər » medalı ilə; -» Silahlı Qüvvələrin yaranmasının». (1918-2018 ) 100 illiyi yubiley medalı ilə . -«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının » ( 1994- 2019) 25 illiyi yubiley medalı ilə; -«Müharibə Veteranı » medalı ilə; -» Silahlı Qüvvələrin yaranmasının». (1918-2018 ) 100 illiyi yubiley medalı ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN MAARİF BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev


