Avropa Bankının prezidenti Azərbaycana gəlir

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso sentyabrın 12-də Azərbaycana gələcək.

Səfər çərçivəsində bankın prezidenti Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirəcək.

AYİB-nin daha əvvəl qeyd etdiyi kimi, enerji, “yaşıl” texnologiyalar, o cümlədən Gəncədə küçələrin işıqlandırılması layihəsi sahəsində müxtəlif müqavilələrin imzalanması gözlənilir.

Bankın Azərbaycandakı layihələrinin hazırkı kredit portfeli 844 milyon avro həcmində qiymətləndirilir.

AYİB Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir və ölkənin aparıcı investorudur. Ümumilikdə bank Azərbaycanda 181 layihənin həyata keçirilməsinə 3,6 milyard avro sərmayə qoyub.

Bu xəbəri paylaşın: